AZ

Gəncədə bir nəfərin ölümü ilə nəticələnən bıçaqlanmaya görə SAXLANILAN VAR

Ötən gecə Gəncə şəhərində baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində, üç nəfər arasında şəxsi münasibətlər zəminində yaranan gərgin qarşıdurma nəticəsində baş verib.

Əldə etdiyimiz məlumata görə, 1995-ci il təvəllüdlü Eyyub Talıbov 1994-ci il təvəllüdlü Osman Nağıyevi, 1996-cı il təvəllüdlü Alim Quliyev isə Eyyub Talıbovu bıçaqlayıb. Qarşıdurma nəticəsində Eyyub Talıbov aldığı xəsarətlərdən həyatını itirib, Osman Nağıyev isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub və cinayətdə şübhəli bilinən Alim Quliyev saxlanılıb.

Seçilən
1
editor.az

1Mənbələr