Ulusal.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
“ABŞ rəsmisinin sözlərinə görə, ilkin məlumatlar aviadaşıyıcının husilərin atəşindən yayınmaq üçün kəskin manevr etdiyini göstərir”, – deyə kanal bildirir.
Qeyd olunur ki, hadisə zamanı ekipaj üzvlərindən biri yüngül xəsarət alıb.
Digər ABŞ rəsmisinin verdiyi məlumata əsasən, düşən təyyarə “F/A-18E Super Hornet” olub və onun dəyəri 60 milyon dollardan çoxdur.
Xatırladaq ki, daha əvvəl husilər ABŞ-ın “Harry Truman” aviadaşıyıcısına hücum etdiklərini açıqlayıb. Husilərin formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyanın sözlərinə görə, ABŞ aviadaşıyıcı qrupuna qanadlı və ballistik raketlər, həmçinin pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.Musavat.com