“Sumqayıt”ın kapitanı Vüqar Mustafayev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Msport.az xəbər verir ki, yubiley matçı Premyer Liqanın XXXII turunda “Neftçi” ilə görüşə təsadüf edib.
31 yaşlı yarımmüdafiəçi 2:2 hesabı ilə başa çatan qarşılaşmanı əvəz edilmədən keçirib. O, geridə qalan 250 görüşdə 2 qola imza atıb.
Mustafayev ölkə çempionatında bu saya 5 klubun heyətində çatıb. Futbolçu “Bakı”da 16, “Simurq”da 12, “Qarabağ”da 8 (1 qol), “Zirə”də 77 (1 qol), “Sumqayıt”da 137 qarşılaşmanın iştirakçısı olub. Vüqar 250 və ya daha çox oyun keçirən 77-ci futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, Vüqar Mustafayevin debütü 2013/14 mövsümündə “Bakı”nın heyətində olub. Futbolçu həmin ilin noyabrında “Xəzər Lənkəran” matçda (3:0) ilk dəfə meydanda olub.