İranın cənubundakı Bəndər-Abbas şəhərində Şəhid Rəcai limanında baş vermiş partlayış və ardınca baş vermiş yanğın nəticəsində ölənlərin sayı 70-ə çatıb. Vətəninfo.az xəbər verir ki , bu barədə Mehr agentliyi İranın hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İranın daxili işlər naziri İskəndər Momeni və İranın Milli Fəlakətlə Mübarizə Təşkilatının sözçüsü Hüseyn Zəfəri yanğının söndürülməsi işlərinin başa çatdığını təsdiqləyiblər. Zəfəri onu da əlavə edib ki, partlayış nəticəsində yaralanan 1072 nəfər xəstəxanadan buraxılıb, 138 yaralı isə müalicəsi davam edir. Mətbuat katibi qeyd edib ki, yaxın günlərdə təmizlik və dağıntıların təmizlənməsi işləri davam etdiriləcək.
İranın ən böyük konteyner qovşağı olan Şəhid Rəcai Limanında partlayış aprelin 26-da baş verib.Yanacaq daşıyan tankerin partlaması nəticəsində bir neçə kilometr aralıda şüşələr sınıb və konteynerlərin metal hissələri qoparaq içəridəki mallara ciddi ziyan vurub.
Aprelin 28-i İranda matəm günü elan edilib.
İranın daxili işlər naziri daha əvvəl partlayışın səbəbinin səhlənkarlıq olduğunu bildirmişdi.