AZ

Flik "Barselona"dan sonra karyerasını bitirə bilər

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik klubdan ayrıldıqdan sonra karyerasını bitirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Məlumata görə, 60 yaşlı mütəxəssis uzun illər işləməyi planlaşdırmır.

Hans-Diter "blaugrana" ilə yollarını ayırdıqdan sonra karyerasını bitirmək ehtimalını istisna etmir.

Flik Kataloniya nəhəngini 2024-cü ilin yayında təhvil alıb.

Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin iyunun sonunda başa çatır.

Seçilən
4
operativmm.az

1Mənbələr