AZ

İstehlakçılara qaytarılan vəsaitlərin 43%-i qüsurlu malların satışı ilə bağlı olub (ÖZƏL)

Bakı. Trend:

Cari ilin birinci rübündə Antiinhisar və İstehlak BazarınaNəzarət Dövlət Agentliyi tərəfindən istehlakçılardan daxil olan 1462 müraciətə baxılıb. Təmin olunmuş 595 müraciət əsasında 56 minmanatadək vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılaraqaytarılıb. İstehlakçılara qaytarılan vəsaitlərin böyük qismi, yəni43%-i (23,917 AZN) qüsurlu malların satışı ilə bağlı olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Agentliyindənbildirilib.

Qeyd olunub ki, qaytarılan vəsaitin ümumi məbləğinin 18%-i(10,182 AZN) müqavilə şərtlərinin pozulması, 11%-i (6,231 AZN)istehlakçının tələbi ilə lazımi keyfiyyətdə olan malındəyişdirilməməsi və ya qaytarılmaması, 9%-i (4,963 AZN) xidmətlərinkeyfiyyətsiz və qüsurlu olması, 7%-i (3,609 AZN) istehlakçılara malvə ya xidmət haqqında məlumat verilməməsi, 3%-i (1,469 AZN)ödənilmiş vəsaitin geri qaytarılmaması, 2%-i (1,111 AZN)istehlakçıların aldadılması, 1%-i (638 AZN) isəkeyfiyyətsiz-sertifikatsız malların satılması ilə bağlı olub.

Digər istehlakçı hüquqlarının pozulması halları ilə bağlıqaytarılan vəsait isə ümumi məbləğin 6%-ni (3,483 AZN) təşkiledib.

“İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarınınmüdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələbləriniyerinə yetirməklə yanaşı, məhkəmə, həmçinin, ona dəymiş mənəvi(qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılarhüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlətrüsumu verməkdən azad edilirlər.

İstehlakçılar yuxarıda qeyd edilən pozuntu halları ilərastlaşdıqda Azərbaycan Respublikasının Prezidenti yanındaAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə birbaşaərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif),elektron poçt ([email protected]) vasitəsilə müraciət edəbilərlər”, - deyə məlumatda qeyd edilir.

Seçilən
1
1
az.trend.az

2Mənbələr