AZ

ABŞ bu şəhərləri 7 dəfə bombaladı

Yəməndə İranın dəstəklədiyi husilərə məxsus Əl-Məsirə telekanalının məlumatına görə, ABŞ döyüş təyyarələri paytaxt Sənanın Nukm dağının şərqindəki Berraş bölgəsinə 4, Amranın Harf Süfyan bölgəsinə isə 3 hava hücumu həyata keçirib.

Turkustan.az xəbər verir ki, hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

Yəməndə İranın dəstəklədiyi husilərə məxsus Əl-Məsirə telekanalının məlumatına görə, ABŞ döyüş təyyarələrinin paytaxt Sənanın Beni Haris rayonunun Sukban bölgəsinə təşkil etdiyi hücumda ölənlərin sayı 12 nəfərə çatıb.

ABŞ-ın bazar günü sözügedən bölgədə 3 evi hədəfə aldığı hücumda aralarında qadın və uşaqların da olduğu 8 nəfərin öldüyü, çox sayda insanın isə yaralandığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
1
turkustan.az

1Mənbələr