USS Harry S. Truman gəmisinə aid F/A-18 döyüş təyyarəsi sürüşərək Qırmızı dənizə düşüb.
News24.az xəbər verir ki, Super Hornet tipli döyüş təyyarəsinin pilot kreslosunda olan ekipaj üzvü ilə təyyarəni yedəkləyən zabitin yerə sıçrayaraq sağ qaldığı, bir nəfərin isə yüngül yaralandığı öyrənilib.
Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada bu ifadələrə yer verilib:
"F/A-18E model təyyarəsi anqar göyərtəsinə çəkilərkən nəqliyyat qrupu təyyarənin idarəetməsini itirib. Təyyarə və yedək maşını dənizə düşüb. Dənizə düşən təyyarə 136-cı Hücum Eskadrilyasına məxsus olub".
Onu da qeyd edək ki, təxminən 60 milyon dollar dəyərində olan təyyarənin bərpa edilib-edilməyəcəyi hələlik bəlli deyil. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə