Dünən Gəncədə Atatürk prospektində baş verən mübahisədə bıçaq xəsarəti alan şəxslərlə bağlı rəsmi açılqma verilib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 28.04.2025-ci il tarixində saat 18:40 radələrində 2 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Döş qəfəsinin sağ tərəfinin daxilə keçən hissəsinin kəsilmiş-deşilmiş yarası, divar aralığının yaralanması diaqnozu təyin edilən 1995-ci il təvəllüdlü şəxsin (kişi cinsli) reanimasiya tədbirlərinə baxmayaraq, 19:00 radələrində ölüm faktı qeydə alınıb.
Belin açıq yarası diaqnozu təyin edilən 1994-cü il təvəllüdlü şəxsə (kişi cinsli) ilkin tibbi yardım göstərilib.
Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunan şəxsin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır” deyə məlumatda bildirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta