AZ

Şəmkirdə dərmandan zəhərlənən uşaq öldü

ŞƏMKİR, 29 aprel. TELEQRAF

Şəmkirdə azyaşlı uşaq dərmandan zəhərlənərək ölüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində baş verib.

2 yaşlı T. Tapdıqovun dərmandan zəhərlənərək həyatını itirdiyi bildirilir.

Məlumata görə, azyaşlı uşaq yaşadığı evdə vəfat edib.

Hadisə ilə bağlı rayon hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

Seçilən
2
1
teleqraf.com

2Mənbələr