Lionel Messi sabiq klubu "Barselona"ya qayıtmağı düşünmür.
Offsideplus.az xəbər verir ki, buna səbəb argentinalı futbolçu "blauqrana"nın hazırki rəhbərliyi ilə münasibətlərinin yaxşı olmamasıdır. O, hazırda klubla heç bir əlaqəsinin olmasını istəmir.
Bu barədə "Sport" nəşri məlumat yayıb.
Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Onun klubla müqaviləsi bu ilin sonunda başa çatacaq.