AZ

Donald Tramp üçüncü müddətə də prezident olmaq istəyir

BAKI, 29 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp üçüncü müddətə namizədliyini irəli sürmək imkanını istisna etmir, amma belə bir addımın demokratik əsasları məhv edəcəyini də etiraf edib.

Teleqraf xəbər verir ki, o, bu barədə “The Atlantic”ə müsahibəsində danışıb.

ABŞ Konstitusiyasına edilən 22-ci düzəliş prezidentin səlahiyyət müddətini iki dörd illik müddətlə məhdudlaşdırır, amma Trampın komandasının bu müddəadan yayınmağın yollarını araşdırdığı bildirilir. Tramp nəşrə deyib ki, tərəfdarlarının çoxu onun 2028-ci ildən sonra Ağ Evdə qalmasını istəyir.

“Bu, böyük bir şok olardı, elə deyilmi? Bəlkə də mən şok yaratmağa çalışıram. Məncə, bunu etmək çox çətin olacaq”, - prezident qeyd edib.

Tramp həmçinin Ədliyyə Departamentindən onun vəzifə müddətini nəzərdən keçirməyi tələb etməsi ilə bağlı iddianı təkzib edib, amma gələcəkdə bunu etməyəcəyini deməyib.

Seçilən
0
13
teleqraf.com

10Mənbələr