AZ

“Meqa Sığorta”nın yığımlarında “yorğan söküyü” davam edir

“Meqa Sığorta”nın yığımlarında ilin əvvəlindən etibarən “yorğan söküyü” davam edir. 

Valyuta.az-ın araşdırmasına görə, bu ilin ilk rübündə sığorta şirkətinin yığımları 2 milyon manatdan çox azalıb. Belə ki, sözügedən dövrdə şirkət 7,53 milyon manat sığorta haqqı toplayıb ki, bu ötən ilin eyni dövrünə nisbətən 21% azdır.  Belə ki, 2024-cü ilin yanvar-mart aylarında “Meqa Sığorta” 9,55 milyon manat sığorta haqqı toplaya bilmişdi. 

Sığorta şirkəti rüblük 3,43 milyon manat ödəniş həyata keçirib ki, bu də 2024-cü ilin eyni dövrünə nisbətən 16,1% çoxdur. 2024-cü ilin yanvar-mart aylarında “Meqa Sığorta” 2,95 milyon manat sığorta ödənişini həyata keçirmişdi. 

Yığımların azalması fonunda ödənişlərin artması sığorta şirkətinin zərərliliyinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir edib. Şirkət ötən ilin yanvar-mart aylarında topladığı hər 100 manatdan  30,9 manatını ödənişə yönəltmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 45,5 manata yüksəlib. 

Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.

Seçilən
1
1
valyuta.az

2Mənbələr