“Ukrayna Rusiya ilə müharibəni davam etdirsə də, qalib gələ bilməyəcək”
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın vitse-prezidenti Cey Di Vens amerikalı mühafizəkar siyasi fəal Çarli Kerkin podkastında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Rusiya ilə savaş nüvə müharibəsinə çevrilə bilər:
“Ola bilər ki, bu münaqişə bir neçə il də davam etsin, nəticədə milyonlarla insan ölsün və bu, nüvə qarşıdurmasına səbəb olsun. Bu mütləq dayandırılmalıdır”, – deyə Vens vurğulayıb.
Vens Ukrayna müharibəsi ilə bağlı KİV-də qəribə fikrin formalaşdığını qeyd edib:
“Onlar düşünürlər ki, guya müharibə bir neçə il də uzansa, Rusiya zəifləyəcək, Ukrayna işğal olunmuş ərazilərini geri alacaq və hər şey müharibədən əvvəlki vəziyyətə qayıdacaq. Ammа bu, yaşadığımız reallıq deyil”, – deyə Vens əlavə edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta