Gəncədə iki nəfər bıçaqlanıb, onlardan biri ölüb, saxlanılan var.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərində bir neçə nəfər arasında yaranan insident zamanı 1994-cü il təvəllüdlü Osman Nağıyev və 1995-ci il təvəllüdlü Eyyub Talıbov bıçaqlanıb.
Şəhərin mərkəzində yerləşən məscidin yaxınlığında baş vermiş mübahisə zəminində E.Talıbov bıçaqla O.Nağıyevə xəsarət yetirib. Bu zaman mübahisədə iştirak edən Alim Quliyev E.Talıbovu bıçaqlayıb. Nəticədə sonuncu aldığı xəsarətdən ölüb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Eyyub Talıbova bıçaqla xəsarət yetirərək onun ölümünə səbəb olmaqda şübhəli bilinən 29 yaşlı A.Quliyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.