Bakı. Trend:
Azərbaycan Prezidenti cənab İlham Əliyevin bir neçə gün əvvəlÇin Xalq Respublikasına etdiyi dövlət səfəri iki dost ölkəarasındakı əlaqələrin daha da inkişafına yol açan mühüm siyasihadisə oldu. İlk növbədə onu qeyd etməliyik ki, bu səfərAzərbaycan-Çin strateji münasibətlərini keyfiyyətcə yeni mərhələyəyüksəltdi. Eyni zamanda bu səfərin nəticələri, əldə olunanrazılaşmalar onu deməyə əsas verir ki, Çin Xalq RespublikasıAzərbaycanın müasir dünya nizamındakı rolunu və yerini yüksəkqiymətləndirir.
Cənab İlham Əliyev Çinə səfəri zamanı bu ölkənin CGTN (ChinaGlobal Television Network) telekanalına müsahibəsi dəAzərbaycan-Çin münasibətlərinin bu günkü səviyyəsinin və gələcəkperspektivlərinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyətkəsb edir.
Xatırladaq ki, bu, cənab Prezident İlham Əliyevin 2025-ci ilinötən dövrü ərzində Çinin media qurumlarına verdiyi sayca üçüncümüsahibəsidir. Bundan əvvəl yanvar ayında CGTN telekanalı Prezidentİlham Əliyevdən Davos İqtisadi Forumu zamanı müsahibə almışdı.Aprel ayında isə Çinin Sinxua agentliyi dövlətimizin başçısındanmüsahibə götürüb. Bütün bunlar Çin Xalq RespublikasındaAzərbaycanla əlaqələrə verdiyi böyük önəmdən, o cümlədən Prezidentİlham Əliyevin iki dövlət arasındakı münasibətlərə və qlobalməsələlərə dair baxışlarının Çində böyük maraqla qarşılanmasındanxəbər verir.
Əlbəttə, Azərbaycan-Çin münasibətlərindən bəhs edərkən birincinövbədə Prezident İlham Əliyevlə Sədr Si Cinpin arasındakı dostluqmünasibətlərini xüsusi vurğulamalıyıq. Çünki iki lider arasındakıyüksək səmimiyyətə və qarşılıqlı etimada əsaslanan Azərbaycan-Çindostluq əlaqələrinin inkişafına və dərinləşməsinə böyük töhfəverir, əməkdaşlığın daha genişlənməsinə xidmət edir. Eyni zamandaSi Cinpin cənab İlham Əliyevi Çinin yaxın dostu adlandırıb.Prezident İlham Əliyevin Sədr Si Cinpinin dəvəti ilə bu günlərdəÇinə etdiyi səfərin dövlət səfəri statusu daşıması da ölkərəhbərləri arasındakı dostluğun təzahürüdür. Dövlət səfərimünasibətlərin ən yüksək həddini və qonağa göstərilən böyükehtiramı ifadə edir, bu isə Azərbaycan-Çin münasibətlərininməzmununa və dinamikasına təsirsiz ötüşmür.
Prezident İlham Əliyevin CGTN telekanalına müsahibəsində də ilktoxunulan məsələlərdən biri dövlətlərarası münasibətlərin vəəməkdaşlığın inkişaf dinamikası ilə bağlı oldu. Məlum olduğu kimiötən ilin iyul ayında Şanxay Əməkdaşlıq Təşkilatının Astanadakeçirilən Zirvə toplantısı çərçivəsində Prezident İlham ƏliyevləSədr Si Cinpinin görüşü Azərbaycan-Çin əməkdaşlığının mühümhadisəsinə çevrildi. Belə ki, həmin görüş zamanı “AzərbaycanRespublikası ilə Çin Xalq Respublikası arasında stratejitərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu.Prezident İlham Əliyevin bir neçə gün əvvəl Çinə etdiyi dövlətsəfəri zamanı isə “Azərbaycan Respublikası ilə Çin XalqRespublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrininqurulması haqqında Birgə Bəyanat” imzalandı. Prezident İlhamƏliyevin müsahibəsində qeyd etdiyi kimi, beləliklə,münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq:
«Bununla yanaşı, bir çox sahəni əhatə edən 20-dən artıq sənədimzalandı. Bir sözlə, mən deyərdim ki, münasibətlər əladır. Səfərdə, həmçinin. Nəticələrdən çox razıyam. İlk olaraq, Sədr Sitərəfindən Çinə dövlət səfərinə dəvət edilməkdən çox şərəfləndim.Buradakı mühit, qonaqpərvərlik, dostluq, eləcə də müzakirələrimizinmahiyyəti həqiqətən çox həvəsləndiricidir. Biz münasibətlərimizidaha yüksək səviyyəyə qaldırdıq».
Azərbaycanla Çinin coğrafi baxımdan bir-birindən uzaqdayerləşmələrinə baxmayaraq, iki dövlətin əməkdaşlıq gündəliyi xeylizəngindir. Müsahibədə qeyd olunduğu kimi Çinin idxal baxımındanAzərbaycanın bir nömrəli, ticarət dövriyyəsi baxımından isə 4-cütərəfdaşı olması iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən xəbərverir. Bununla belə Çinin yüksək texnologiyalar sahəsində əldəetdiyi nailiyyətlər, Azərbaycanın isə öz inkişafında innovativtəşəbbüslərə böyük yer verməsi münasibətlərin perspektivləri iləbağlı yeni imkanlar yaradır. Müsahibədə bu məsələyə toxunanPrezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanla Çin arasındabərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələristiqamətində işləmək üçün həqiqətən də nadir fürsət var.
Bu il Azərbaycanda BYD markalı elektrik avtobuslarının birgəistehsalına başlanılacaq ki, bu da Azərbaycanla Çin arasındainnovativ fəaliyyət sfearasında əməkdaşlığın növbəti göstəricisiolacaq. Bununla yanaşı, Azərbaycanda çinli iş adamları üçün digərbiznes imkanları da var. Kosmik sənaye, səhiyyə və turizmsahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün imkanlar böyükdür.Prezident İlham Əliyevin müsahibədə bildirdiyi kimi, vergilər vəmüxtəlif hüquqi tələblər baxımından Azərbaycanda biznes qurmaq çoxasandır. Sadəcə tərəfləri bir araya gətirməyə və Azərbaycanınbiznes imkanları barədə çinli iş adamlarına daha çox məlumatçatdırmağa ehtiyac var.
Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı əldə edilənəsas razılaşmalardan biri də ümumvətəndaş pasportlarına malikvətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında sazişinimzalanmasıdır. Xatırladaq ki, Azərbaycan hələ ötən ildənbirtərəfli qaydada Çin vətəndaşlarını vizadan azad edib. Bundansonra Azərbaycana gələn çinli turistlərin sayı əhəmiyyətli dərəcədəartıb. Prezident İlham Əliyevin dediyi kimi xaricə səfər edən 150milyon çinlinin cəmi 1 faizinin Azərbaycana gəlməsi bizim üçünyetərlidir. Eyni zamanda artıq Azərbaycan vətəndaşları da vizaalmadan Çinə səfər edə biləcəklər. İki dövlət arasındakı dostluğunnövbəti təzahürü olan vizadan qarşılıqlı azadolunma həm dəAzərbaycan-Çin münasibətlərinin daha da inkişafına xidmətedəcək.
Azərbaycanla Çin arasında əlaqələrin inkişafında əsas roloynayan amillərdən biri də “Bir kəmər, bir yol” layihəsidir.Azərbaycan özünün mükəmməl nəqliyyat infrastrukturu ilə Çinin butəşəbbüsünün uğur qazanmasına böyük dəstək verir. Müsahibədə bumövzuya da toxunan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanüçün “Bir kəmər, bir yol” təşəbbüsü yalnız bir tranzit marşrutudeyil, biz bu marşrut üzərində həm də şirkətlər qurmaq istəyirik.«Hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, bizÇin şirkətlərinə arxalanırıq» -deyə Prezident İlham Əliyevbildirdi.
Azərbaycanla Çin arasında əməkdaşlığın daha da dərinləşdirilməsiüçün imkanlar böyükdür. Prezident İlham Əliyevin CGTN telekanalınamüsahibəsindən göründüyü kimi ölkəmiz Çinlə əməkdaşlığın daha dainkişafı və dərinləşdirilməsi üçün bütün imkanlardan vəfürsətlərdən səmərəli istifadə olunmasının tərəfdarıdır. Eynizamanda görünən odur ki, dövlətimizin başçısı Çinlə əlaqələrinperspektivləri baxımından hər bir məsələyə strateji yanaşır və buhər iki tərəfə böyük uğurlar vəd edir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı