AZ

Benzema Ronaldo ilə qolçuluq rəqabətindən danışdı

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema “Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo ilə qolçuluq yarışında mübarizəsini şərh edib.

Arena.az fransalı hücumçunun müvafiq açıqlamasını təqdim edir:

“Mənim üçün bunun bir fərqi yoxdur. Ən əsası – komanda üçün qənimət qazanmaqdır”, deyə Benzema vurğulayıb.

Xatırladaq ki, 29 turdan sonra 68 xala malik olan “Əl-İttihad” Səudiyyə Ərəbistanı Peşəkar Liqasına başçılıq edir. “Əl-Nəsr” isə 60 xalla 3-cü pillədə qərarlaşıb.

Ronaldo bu mövsüm komandası üçün 23 qol vurub, 3 məhsuldar ötürmə verib. Benzema isə cari mövsümdə 18 dəfə fərqlənib, həmçinin 9 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
1
arena.az

1Mənbələr