
“Rusiya üçün belə taleyüklü məqamda onu tərk edib xaricə getmiş ziyalıların evləri müsadirə olunmalıdır”.
Reyting.az xəbər verir ki, belə bir çağırışı Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyov canlı efirdə edib.
Həmin əmlaka hərbi-sənaye kompleksinin generallarının haqqının çatdığını deyən Solovyov “Rusiya 1” telekanalında yayımlanan verilişdə daha sonra deyib: “Generalları qorumaq, xaricə qaçan və orada qorxu içində olan intelligentlərin isə mülklərini, evlərini əllərindən almaq lazımdır”.
V. QULİYEV