ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən bəri ən azı 121 min federal hökumət işçisi ixtisar edilib.
Publika.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Kütləvi ixtisarların 30-a yaxın departamentə təsir etdiyi bildirilib. Ən çox zərər çəkən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) olub - bir neçə ixtisar dalğasından sonra onun fəaliyyəti dayandırılıb.
Təhsil idarəsi işçilərinin 51%-ni ixtisar edib, 12 regional şöbədən 7-ni bağlayıb.