Pakistanın Müdafiə Naziri Hindistanla münaqişədə qarşıdakı günləri “həlledici” adlandırıb...
Pakistanın müdafiə naziri Havaca Asif Hindistan-Pakistan münaqişəsində qarşıdakı bir neçə günü “həlledici” adlandırıb.
Poliqon xəbər verir ki, müdafiə nazirinin sözlərini Pakistanın “Dawn” qəzeti sitat gətirib.
Qeyd edək ki, bundan əvvəl Asif Hindistanın Pakistana hərbi müdaxiləsinin “qaçılmaz” olduğunu bildirmişdi.
“Bir şey olacaqsa, iki-üç günə baş verəcək. Təhlükə var”, deyə Pakistanın müdafiə naziri açqıalamasında bildirib.
Asif əlavə edib ki, müharibə qarşısını almaq olar və Çin, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri münaqişənin baş verməsinin qarşısını almaq üçün çalışırlar.
Xatırladaq ki, aprelin 22-də Hindistanın Cammu və Kəşmir əyalətində yaraqlıların turistlərə atəş açmasından sonra 26 nəfər ölüb və Hindistanla Pakistan arasında gərginlik daha da artıb. Hindistan hücumda Pakistanı günahlandırır, İslamabad da da öz növbəsində hər hansı əlaqəni inkar edir və müstəqil araşdırma tələb edir.
Poliqon.info