AZ

44 günlük savaş vaxtı Arayik deyib ki, Köçəryanla görüşsəm, Paşinyan məni "yeyəcək"...

"Müharibə başlayandan sonra üçüncü gün Qarabağda idim. Qarabağda iki həftə qaldım və deməliyəm ki, gələndən sonra ikinci və ya üçüncü gün həm Bako Saakyandan, həm də Arkadi Qukasyandan Arayik Arutyunyanla görüş təşkil etməyi xahiş etdim".

Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu Ermənistanın terrorçu ikinci prezidenti, Xocalı canisi Robert Köçəryan “Erməni Universiteti”nin tələbələri və müəllimləri ilə görüşündə deyib.

"Mənim ona əsas mesajım müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etməklə bağlı idi. Çünki bu vəziyyətə hazır olmadığımızdan müharibənin hər günü daha çox zərər gətirirdi. O zaman Arayik Arutyunyan cavabında bəyan etdi ki: “Mən Köçəryanla görüşsəm, Paşinyan məni "yeyəcək". Bako Saakyan bunu mənə sözbəsöz çatdırdı. Biz isə Qarabağda nə aldıqsa, onu aldıq”, - Köçəryan belə deyib.

S.Laçın

 

Seçilən
3
1
moderator.az

2Mənbələr