16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan yığması Avropa çempionatının 2-ci mərhələsində 3-cü oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, B qrupunda yer alan millimiz Avstriya ilə qarşılaşıb.
Oyun avstriyalıların 3:1 (25:12, 25:17, 24:26, 25:16) hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan İspaniyada keçirilən qrup oyunlarını 3 məğlubiyyətlə başa vurub
O | Q | M | X | ||
1 | İspaniya U-16 | 2 | 2 | 0 | 6 |
2 | Avstriya U-16 | 3 | 2 | 1 | 6 |
3 | Estoniya U-16 | 2 | 1 | 1 | 3 |
4 | Azərbaycan U-16 | 3 | 0 | 3 | 0 |