BAKI, 29 aprel, TELEQRAF
Rusiyalı teleaparıcı Vladimir Solovyov Rusiyadan getmiş ziyalıların evlərinin müsadirə edilməsinin zəruriliyi ilə bağlı çıxış edib.
Teleqraf xəbər verir ki, o, bu barədə “Rossiya 1” telekanalının efirində danışıb.
Solovyov müsadirə edilmiş evlərin müdafiə sənayesi müəssisələrinin rəhbər heyəti və aparıcı mütəxəssislərinə verilməsini təklif edib.
Solovyov hesab edir ki, bu cür işlər kompleks şəkildə təşkil edilməlidir.