AZ

A Seriyası: “Latsio” “Parma”ya məğlubiyyətdən xilas oldu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 34-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Udineze” – “Bolonya” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Latsio” – “Parma” görüşündə də qalib müəyyənləşməyib. “Verona” isə doğma meydanda “Kalyari”yə 2 cavabsız qolla uduzub.

Beləliklə, 34 turdan 74 xal toplamış “Napoli” A Seriyasının yarış cədvəlində vahid liderdir. “İnter” 71 xalla ikinci, “Atalanta” 65 xalla üçüncü, “Yuventus” 62 xalla dördüncü, “Bolonya” 61 xalla beşinci, “Roma” 60 xalla altıncıdır. “Latsio” da 60 xal toplamasına rəğmən, yeddinci pillədə qərarlaşıb. “Fiorentina” 59, “Milan” 54, “Torino” 43, “Komo” 42, “Udineze” 41 xal toplayıb.

İtaliya, A Seriyası
34-cü tur

27 aprel

Komo – Cenoa 1:0
Qol: Strefezza, 59.

Venesiya – Milan 0:2
Qollar: Pulişiç, 5. S.Ximenes, 90+6.

Fiorentina – Empoli 2:1
Qollar: Adli, 7. Mandraqora, 25 – Fazzini, 57.

İnter – Roma 0:1
Qol: Sule, 22.

Yuventus – Montsa 2:0
Qollar: N.Qonsales, 11. Kolo Muani, 33.

Atalanta – Leççe 1:1
Qollar: Reteqi, 69-pen – Karlsson, 29-pen.

Napoli – Torino 2:0
Qollar: Maktominey, 7; 41.

28 aprel

Udineze – Bolonya 0:0

Latsio – Parma 2:2
Qollar: Pedro, 79; 84 – Ondreyka, 3; 46.

Verona – Kalyari 0:2
Qollar: Pavoletti, 30. Deyola, 90+3.

Seçilən
5
arena.az

1Mənbələr