Braziliya Futbol Konfederasiyasının rəhbərliyi və Karlo Ançelotti arasında əməkdaşlıq barədə razılıq əldə olunub.
Offsideplus.az xəbər verir ki, italiyalı çalışdırıcının Braziliya yığmasının baş məşqçi postuna təyinatı "Real"ın La Ligadakı son oyunundan sonra - iyunun ilk həftəsində rəsmən açıqlanacaq.
Məlumatı məşhur insayder Fabritsio Romano yayıb.
İddiaya olunur ki, Braziliya tərəfi iyulun gəlişini gözləmək istəmir: qərar iyunun 15-də start götürəcək klublararası dünya çempionatına qədər açıqlanmalıdır.
Bu arada "Real" rəhbərliyi Ançelottiyə məşqçilik karyerasını bitirdikdən sonra səfir işləməyi təklifini irəli sürməyə hazırlaşır.
Baş məşqçinin yolasalma mərasimi də təmtəraqlı olacaq. Bu münasibətlə "kral klubu"nun sabiq və indiki futbolçularının qatılacağı tədbir təşkil olunması, mərasimdə Ançelottinin Madrid təmsilçisi ilə qazandığı bütün titulların nümayişi planlaşdırılır.