AZ

Zelenski Putinin atəşkəs planını şərh etdi

BAKI, 29 aprel, TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin may ayında atəşkəs elan etməsinə cavab verib.

Teleqraf xəbər verir ki, onun videomüraciəti "Telegram" kanalında yayımlanıb.

Onun fikrincə, bu atəşkəs növbəti manipulyasiya cəhdidir.

“Niyə hamı mayın 8-nə qədər gözləsin və yalnız bundan sonra atəşi dayandırsın" - Zelenski sual edib.

O əlavə edib ki, Ukrayna paradlara deyil, insanların həyatına dəyər verir.

Zelenski ən azı 30 gün ərzində “dərhal, tam və qeyd-şərtsiz atəşkəsə” çağırıb.

Aprelin 28-də Putin Qələbənin 80-ci ildönümünün qeyd olunduğu müddətdə atəşkəs elan edib. Mayın 7-8-i gecə yarısından 10-11-i gecə yarısınadək qüvvədə olacaq.

Seçilən
8
43
teleqraf.com

10Mənbələr