AZ

Rəsmi İslamabaddan Dehliyə növbəti xəbərdarlıq: "Hind Suları Müqaviləsindəki haqqımızı qətiyyətlə qoruyacağıq"

"Hindistanın birtərəfli xitam verməyə çalışdığı Hind Suları Müqaviləsində payımızı - haqqımızı qorumaq üçün gərkli bütün addımları atacağıq. Buna qarşı tərəf də, hər kəs də əmin olmaldır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Pakistanın rəsmi xəbər agentliyi "Associated Press of Pakistan"a müsahibəsində deyib.

Nazir qeyd edib ki, Pakistan müqaviləyə əsasən, su payını qorumaq üçün lazımlı tədbirlərə başlayıb: "Hindistan müqaviləni birtərəfli və qeyri-qanuni şəkildə dayandırmaqla, bütün dövlətlərarası normaları, beynəlxalq hüququ və müqavilənin müddəalarını pozub. Halbuki, həmin müqavilə regional sabitlik üçün mühüm əhəmiyyət kəsb edir. O qorunmalı və ona şərtsiz əməl edilməlidir. Hindistan sudasn silah kmi istifadə cəhdinə son qoymalıdır".

Firidin Səfərli

MİA.AZ

Seçilən
3
1
mia.az

2Mənbələr