AZ

Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edəcək

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti 2024/2025-ci il İspaniya La Liqası mövsümünün sonunda Braziliya milli komandasının sükanı arxasına keçəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (əvvəlki Twitter) məlumat yayıb.

O bildirib ki, Ançelotti və Braziliya Futbol Federasiyası arasında 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı üçün prinsipial razılıq əldə olunub. İtaliyalı mütəxəssis mundialda Braziliya yığmasının baş məşqçisi olacaq.

Karlo iyun ayından İspaniya klubunun iştirak edəcəyi klublararası dünya çempionatı başlayana qədər Braziliya millisini çalışdıracaq. Los Blankos və Ançelottinin rəsmi şəkildə vidalaşacağı, bundan sonra rəsmi addımların tələb olunacağı bildirilib.

Keçirilən 33 oyundan sonra "Real Madrid" 72 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir. Növbəti mərhələdə Karlo Ançelottinin komandası "Selta" ilə qarşılaşacaq. Görüş mayın 4-də, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Seçilən
6
17
90deqiqe.az

10Mənbələr