AZ

Super Liqa: “Başakşəhər” İzmirdə darmadağına üzüldü

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Göztəpə” doğma meydanda “Başakşəhər”lə üz-üzə gəlib. İzmir təmsilçisi bu rəqibini darmadağınla yola salıb.

Beləliklə, 33 turdan sonra 80 xala malik “Qalatasaray” Super Liqanın yarış cədvəlinin vahid lideridir. “Fənərbağça” 75 xalla ikinci, “Samsunspor” 54 xalla üçüncü, “Beşiktaş” 52 xalla dördüncü, “Eyüpspor” 50 xalla beşinci pillədə qərarlaşıb.

“Başakşəhər”in 48, “Trabzonspor”un 45, “Göztəpə” və “Konyaspor”un 43, “Kasımpaşa” və “Qaziantep”in 42, “Kayserispor” və “Antalyaspor”un 40 xalı var.

Türkiyə, Super Liqa
33-cü tur

25 aprel

Beşiktaş – Hatayspor 5:1
Qollar: İmmobile, 36-pen; 52-pen; 59. Rafa Silva, 53. Arroyo, 78 – A.Parmak, 20.

26 aprel

Sivasspor – Antalyaspor 2:0
Qollar: Radakoviç, 62. Manay, 75.

Bodrumspor – Samsunspor 1:2
Qollar: A.Aslan, 4 – Ntçam, 10-pen. Dimata, 38.

Qaziantep – Fənərbağça 1:3
Qollar: A.Maksim, 13 – Taliska, 68-pen. Dzeko, 69. Fred, 72.

27 aprel

Konyaspor – Adana Dəmirspor 3:1
Qollar: Bazoer, 69; 78. A.Burak, 90+4-öz qapısına – S.Kavrazlı, 45+3.

Trabzonspor – Alanyaspor 4:3
Qollar: Zubkov, 7. Sikan, 17; 38. Banza, 45+5 – Kordova, 27. Haderqyonay, 45-pen. Şporar, 52.

Eyüpspor – Qalatasaray 1:5
Qollar: Klaro, 79 – Sallai, 29. L.Torreyra, 56. Osimhen, 71. Morata, 87; 89.

Kayserispor – Rizəspor 1:0
Qol: Burabia, 43.

28 aprel

Göztəpə – Başakşəhər 4:1
Qollar: F.Bayır, 25. K.Kanatsızkuş, 42. A.İldiz, 64. Emersonn, 86 – Keni, 75.

Seçilən
2
1
arena.az

4Mənbələr