AZ

İspaniyada fövqəladə vəziyyət elan edildi

  İspaniyanın Daxili İşlər Nazirliyi elektrik enerjisinin kəsilməsinə görə ölkədə fövqəladə vəziyyət elan edib.

Referans xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Nəşr qeyd edir ki, hazırda Madrid, Andalusiya və Ekstremadura mərkəzi hökumətdən ictimai asayişi və digər funksiyaları öz üzərinə götürməyi xahiş ediblər.

Aprelin 28-də İspaniya, Portuqaliya və Fransanın Pireney yarımadası ilə həmsərhəd bölgələrində elektrik enerjisi qəfil kəsilib. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.

Ölkədə milyonlarla insan işıqsız qalıb, nəqliyyat və rabitə sistemlərində fasilələr yaranıb. İspaniyanın elektrik şəbəkəsi operatoru "Red Electrica"dan bildirilib ki, texniki işçilər tədricən İspaniyanın şimal və cənubunda enerji təchizatını bərpa etməyə başlayıblar.  

Seçilən
2
21
referans.az

10Mənbələr