AZ

İsrail bir ay ərzində Livanda 50 radikal hədəfə hücum etdi

BAKI, 28 aprel, TELEQRAF

İsrail Müdafiə Qüvvələri bir ay ərzində Livanda 50 hərbi obyektə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bu zərbələr İsrail və Livan arasında atəşkəs razılaşmasının pozulmasından sonra baş verib. Livandakı hərbi hədəflər İsrail dövləti və onun vətəndaşları üçün təhlükə yaradır", - deyə məlumatda bildirilir.

Mətbuat xidməti qeyd edib ki, İsrail vətəndaşlarına qarşı hər hansı təhlükəni aradan qaldırmaq və Hizbullah terror təşkilatının yenidən qurulmasının qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək.

Seçilən
2
teleqraf.com

1Mənbələr