AZ

İspaniyada fövqəladə vəziyyət elan olundu

İspaniya Daxili İşlər Nazirliyi elektrik enerjisinin kəsilməsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Modern.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, yardıma ehtiyac olan Madrid, Andalusiya və Ekstremadura bölgələrində fövqəladə vəziyyət qüvvədə olacaq.

Qeyd edək ki, İspaniya, Fransa, Portuqaliya və Andorrada elektrik enerjisi qəfil kəsilib. Yerli vaxtla saat 12:00-da başlayan problem İspaniya və Portuqaliyada nəqliyyat, rabitə və səhiyyə xidmətlərində böyük fasilələrə səbəb olub. Nəticədə Madrid metrosu boşaldılıb, qatarlar dayanıb və hava limanları fəaliyyət göstərə bilməyib.

Seçilən
2
21
modern.az

10Mənbələr