AZ

İspaniyada fövqəladə vəziyyət elan edildi

BAKI, 28 aprel, TELEQRAF

İspaniyanın Daxili İşlər Nazirliyi elektrik enerjisinin kəsilməsinə görə ölkədə fövqəladə vəziyyət elan edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Nəşr qeyd edir ki, hazırda Madrid, Andalusiya və Ekstremadura mərkəzi hökumətdən ictimai asayişi və digər funksiyaları öz üzərinə götürməyi xahiş ediblər.

Aprelin 28-də İspaniya, Portuqaliya və Fransanın Pireney yarımadası ilə həmsərhəd bölgələrində elektrik enerjisi qəfil kəsilib. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.

Seçilən
2
21
teleqraf.com

10Mənbələr