AZ

Vaqif Cavadov: Komandam yaxşı oyun göstərdi

SUMQAYIT, 28 aprel. TELEQRAF

“Oyundan çox razıyam”.

Teleqraf xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov evdə "Neftçi" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra mətbuat konfransında deyib.

O, komandasından razı qaldığını bildirib: “Hər iki komanda qələbə üçün oynayırdı. Komandamdan razıyam. Baxmayaraq ki, öz səhvlərimizdən qol buraxdıq. Oyundan çox razıyam. “Neftçi” yaxşı rəqibdir, güclü futbolçuları var. Buna baxmayaraq, komandam yaxşı oyun göstərdi”.

Seçilən
1
teleqraf.com

1Mənbələr