İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.
“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Hörmüzqan əyalətinin böhran vəziyyətləri üzrə direktoru məlumat yayıb.
Həmçinin bildirilib ki, ərazidə yanğınsöndürmə işləri yekunlaşıb.
Xatırladaq ki, aprelin 26-da İranın Bəndər-Abbas şəhərində Şəhid Rəcai limanında güclü partlayış baş verib. Həmin günün axşamı limanda təkrar partlayışlar qeydə alınıb.