AZ

Rəsmi Kiyevdən Putinə atəşkəs təklifi

BAKI, 28 aprel, TELEQRAF

"Əgər Rusiya, həqiqətən də, müharibəni dayandırmaq istəyirsə, dərhal ən azı 30 gün ərzində real atəşkəsə razılaşmalıdır".

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Telegram kanalında məlumat verib.

“Əgər biz indi istənilən tarixi seçərək hərbi əməliyyatları dayandıra biliriksə, niyə 9 Mayı gözləməliyik?” - Sibiqa vurğulayıb. O həmçinin qeyd edib ki, Ukrayna uzunmüddətli, etibarlı və tam atəşkəs rejimini dəstəkləməyə hazırdır.

Vladimir Putin aprelin 28-də Böyük Vətən Müharibəsində qələbənin 80 illiyi şərəfinə atəşkəs elan edib. Kremlin rəsmi saytında xəbər verildiyi kimi, atəşkəs mayın 8-i gecə yarısından başlayaraq mayın 11-i gecə yarısına qədər davam edəcək. Qərarın “humanitar mülahizələrə əsaslanaraq” verildiyi qeyd olunur.

Seçilən
7
16
teleqraf.com

9Mənbələr