Türkiyənin "Trabzonspor" klubu UEFA Gənclər Liqasının finalında məğlub olub. 

Offsideplus.az xəbər verir ki, qaradənizlilər həlledici görüşdə "Barselona"nın U-19 komandası qarşısında duruş gətirə bilməyiblər.

İsveçrənin Nyon şəhərində keçirilən oyunda Kataloniya təmsilçisi 4:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Trabzonspor" finala qədər adlı-sanlı kollektivləri üstələyərək "boyundan yuxarı tullanmışdı". Türklərin qurbanları arasında "Yuventus", "Atalanta", "İnter" komandaları var idi.