AZ

Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub

Misli Premyer Liqasında XXXII tura yekun vurulub.

"Report"un məlumatına görə, sonuncu matçda "Neftçi" "Sumqayıt"ın qonağı olub.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç heç-heçə nəticələnib - 2:2.

Meydan sahiblərindən Bobir Abdixolikov (21-ci dəqiqə) və Ronaldo Vaskez (52-ci dəqiqə) fərqlənib. "Neftçi"nin qollarını isə Bassala Sambu (60-cı dəqiqə) və Andrey Ştoqrin (87-ci dəqiqə) rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 32-yə yüksəldən Sumqayıt klubu 8-ci yerdə qərarlaşıb. “Neftçi” isə 35 xalla yeddincidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb.

Seçilən
3
36
report.az

10Mənbələr