İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 65-ə çatıb.
Modern.az xəbər verir ki, bu barədə İranın Hörmüzqan əyalətinin qubernatoru Məhəmməd Aşuri bildirib.
Onun sözlərinə görə, limanda yanğınsöndürmə işləri yekunlaşıb.
Qeyd edək ki, aprelin 26-da İranın Şəhid Rəcai limanında güclü partlayış baş verib. Partlayışdan sonra baş verən yanğın böyük ərazini bürüyüb.
Şəhid Rəcai limanı 2,4 min hektar ərazidə yerləşir. Bu limanda ildə 70 milyon ton yük yüklənib-boşaldıla bilər.