BAKI, 28 aprel, TELEQRAF
İsrailin nümayəndə heyəti Qəzza zolağında atəşkəslə bağlı danışıqlar aparmaq üçün Qahirəyə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
İsrail nümayəndələrini Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Həsən Rəşad qəbul edib və hazırda tərəflər arasında məsləhətləşmələr aparılır.