Pakistan 28-30 aprel tarixlərində Lahor və İslamabad arasındakı hava məkanının bir hissəsini böyükmiqyaslı hava hücumundan müdafiə təlimləri keçirmək məqsədilə bağladığını elan edib.
Sitat.info xarici KİV-ə istinadən bildirir ki, Pakistan Hərbi Hava Qüvvələrinin hücum helikopterləri Hindistanla sərhəd zonasına yönəldilib.
Qeyd olunub ki, belə bir addımın atılması Pakistan-Hindistan sərhədində son dövrlərdə artan hərbi fəaliyyətlə əlaqədardır. Pakistan tərəfi hava məkanının bağlanmasını "planlaşdırılmış növbədənkənar hazırlıq" kimi qiymətləndirib.