"Aston Villa"nın hücumçusu Markus Reşford bud nahiyəsindən zədələnib.
90deqiqe.Az-ın "The Athletic"ə istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçunun zədə səbəbindən mövsümün qalan hissəsini buraxacağı gözlənilir.
Reşford əlavə tibbi müayinələrdən keçəcək. Həkimlər hazırda əməliyyata ehtiyac olduğunu düşünməsələr də, son qərar müayinələrin nəticəsinə əsasən veriləcək.
“Aston Villa”nın mövsümün sonuna qədər “Fulhem”, “Bornmut”, “Tottenhem” və “Mançester Yunayted”lə keçirəcəyi oyunları var.
Markus Reşford "Aston Villa"da icarə əsasında çıxış edir. Forvardın yayda “Mançester Yunayted”ə qayıdacağı, bundan sonra futbolçunun gələcəyi ilə bağlı qərar verəcəyi gözlənilir.