AZ

Gəncədə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Gəncədə iki avtomobil toqquşub, ölən və xəsarət alan var.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Leyla Rüstəmli və 1970-ci il təvəllüdlü Sevinc Kələntərova xəsarət alıb.

Onlardan S.Kələntərovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
8
avtosfer.az

10Mənbələr