AZ

Növbəti mövsüm voleybol üzrə Azərbaycan çempionatında yeni komanda mübarizə aparacaq

Bakı, 28 aprel, AZƏRTAC

Növbəti mövsümdən etibarən qadın voleybolçuların Yüksək Liqasında yeni yaradılan "DH Volley Baku" klubu iştirak edəcək.

Bu barədə AZƏRTAC-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Aprelin 29-da klubun təqdimatı və ilk transferlərin imza mərasimi məqsədilə mətbuat konfransı keçiriləcək.

Mərasimdə klubun prezidenti, təşkilat komitəsinin üzvləri, komandanın meneceri, baş məşqçisi, köməkçi məşqçilər və müqavilə bağlanacaq oyunçular iştirak edəcəklər.

Seçilən
10
1
azertag.az

2Mənbələr