AZ

Kursk vilayətində daha bir Ukrayna pilotsuz təyyarəsi vurulub

Ukrayna Silahlı Qüvvələrinə (AFU) məxsus pilotsuz uçan aparat Kursk vilayəti üzərində səmada vurulub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Moskva vaxtı ilə saat 14:00 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri Kursk vilayətinin ərazisində Ukraynaya məxsus bir təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib”.

Düşmənin hücum cəhdi nəticəsində dəyən ziyan barədə hələlik məlumat yoxdur.

Seçilən
5
nocomment.az

1Mənbələr