Rusiya Qırğızıstana S-300 zenit-raket komplekslərini verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Respublika Təhlükəsizlik Şurasının katibi Marat İmankulov məlumat verib.
“Bizim vahid hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir. Biz indi bu birgə sistemin elementlərini – S-300-ü almışıq. Artıq Qırğızıstan ərazisindədir”, – deyə o vurğulayıb.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, hava hücumundan müdafiə sistemi Bişkekdə keçiriləcək hərbi paradda təqdim oluna bilər.