AZ

İspaniya nəhənginin diqqətini çəkdi

Yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək istəyən “Barselona” “Atalanta”nın oyunçusu Ademola Lukmana üz tutub.

Futbolpress.az xəbər verir ki, Kataloniya komandası yay transfer pəncərəsi öncəsi 27 yaşlı nigeriyalı oyunçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Bununla belə, Lukman ilə müqavilə imzalamaq asan olmayacaq. Çünki “Yuventus” da hücumçu ilə maraqlanır. “Atalanta” ulduz futbolçusunu ən azı 60 milyon avro dəyərində qiymətləndirir.

“Çelsi”, “Mançester Yunayted”, “Liverpul”, “Nyukasl” və “Arsenal” kimi digər ingilis nəhəngləri də vəziyyəti diqqətlə izləyirlər və tezliklə futbolçu ilə danışıqlara başlayacağı gözlənilir.

Vinger bu mövsüm “Atalanta”nın heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 18 qol vurub və 7 məhsuldar ötürmə edib.

Seçilən
1
futbolpress.az

1Mənbələr