AZ

Netanyahu Qəzzaya hücumları oktyabrda dayandırmağı planlaşdırır

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada ikinci ilində müharibəyə son qoymaq istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “İsrail Hayom” qəzeti adı açıqlanmayan İsrail təhlükəsizlik rəsmisinə istinadən yazıb.

Məlumata görə, Netanyahu müharibəni oktyabrda bitirməyi planlaşdırır.

Bu müddətin maksimum hədəflənən tarix olduğu,“şərait uyğun olarsa və müharibənin məqsədlərinə çatarsa” bu tarixdən əvvəl bitə biləcəyi qeyd edilib.

Rəsmi iddia edib ki, “məntiqlə müharibə iki ildən çox çəkməyəcək”.

Seçilən
11
1
operativmm.az

2Mənbələr