AZ

Vitse-spiker: Gürcüstanın regionda təhlükəsizliyi təmin etmək potensialı var

Gürcüstanın Ermənistan və Azərbaycan arasındakı münasibətlərin tənzimlənməsində maraqlı bir ölkə olaraq regionda təhlükəsizliyi təmin etmək potensialı var.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski deyib.

"Yeni seçilmiş prezident Bakıya və İrəvana səfər etdi, nümayəndə heyəti müəyyən məsələləri müzakirə etdi o cümlədən Gürcüstanın neytral oyunçu, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində və problemlərin həllində maraqlı ölkə kimi təhlükəsizliyi təmin etmək potensialı bir daha vurğulandı ki, bu da xüsusilə vacibdir”, - Volski deyib.

Qeyd edək ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Ermənistana ilk rəsmi səfərə gedib. Kavelaşvilinin Ermənistan prezidenti, baş naziri və katolikosu ilə görüşləri planlaşdırılıb.

Seçilən
7
2
apa.az

3Mənbələr