Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin genişmiqyaslı manevrləri fonunda Yeni Dehlini Pakistanın hava məkanına müdaxilə etməməsi barədə xəbərdarlıq edib.Bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif açıqlama verib.
Aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 25 turist həlak olub, 24-ü yaralanıb. Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Nyu-Dehlidəki Səfirliyinin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə müşavirlərini “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə ərzində Hindistanı tərk etməlidirlər. Bundan sonra iki ölkə arasında gərginlik artıb.